Türkiyədə müalicə alan deputat səhhətindən DANIŞDI

SOSİAL 07 iyl 2020, 20:46

Milli Məclisin deputat Vahid Əhmədov Türkiyədə müalicəsini davam etdirir.


Demokrat.az xəbər verir ki, bu barədə millət vəkili Musavat.com-a açıqlamasında deyib.


Milli Məclisin üzvü müalicəsinin uğurla davam etdiyini söyləyərək əlavə edib ki, həkimlərin məsləhətinə əsasən, daha on gün müalicə olunacaq.


V.Əhmədov pandemiya dövründə hər kəsi sağlamlığını qorumağa çağırıb.


Qeyd edək ki, millət vəkili 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunmuşdu. Ötən ayın sonlarında ürəyində problemlər yaranan V.Əhmədov özəl təyyarə ilə Türkiyəyə getmişdi və həkim nəzarəti altına alınmışdı.


Dəyərli millət vəkilinə Allahdan tezliklə şəfa arzulayırıq!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top