Bakıda maşını yüksək sürətlə idarə edib kameraya çəkən qadın tutuldu — VİDEO

HADİSƏ 07 iyl 2020, 19:41

Sosial şəbəkələrdə 90 PB 038 dövlət nömrə nişanlı, "KİA Optima" markalı avtomobilin sürücüsünün 60 km/saat nəzərdə tutulmuş yolda 120-180 km/saat sürətlə hərəkət edərək çəkdiyi video paylaşılıb. 

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sözügedən video ilə bağlı ətraflı araşdırma aparılıb, inzibati xəta tərkibi yarandığı öz təsdiqini tapıb:

 

“Pəri Kərimli kimi tanınan Pərvanə Qafarlı saxlanılıb. Onunla söhbət zamanı törətdiyi inzibati xətanı etiraf edib. Barəsində müvafiq olaraq tədbir görülüb”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top