Ölkədə süni tənəffüs cihazı çatışmazlığı varmı?

SOSİAL 06 iyl 2020, 17:59

“Bütün dünyada fəaliyyət göstərən xəstəxanalarda süni tənəffüs cihazı ancaq reanimasiya şöbəsində olur. Oksigen təminatı isə tam başqa mövzudur”.


Demokrat.az xəbər verir ki, bunu Yeni Klinika Tibb Müəssisəsinin direktoru Pərviz Abbasov Real TV-yə müsahibəsində deyib.


O bildirib ki, Yeni Klinikanın reanimasiya şöbəsi tam şəkildə süni tənəffüs cihazı ilə təmin edilib və  hamısı da işlək vəziyyətdədir: “Eyni zamanda bütün çarpayılarda oksigen çıxışı var. Təbii ki, oksigen təminatı COVID-19 dönəmi üçün hesablanmayıb. Çünki oksigen təminatı daha çox əməliyyat olunan xəstələrə görə nəzərdə tutulurdu. Odur ki, indiki şəraitdə virusun yayılması kütləvi hal aldığından bütün dünyadakı xəstəxanalarda oksigen problemi var”.


P.Abbasov qeyd edib ki, süni tənəffüs cihazı ilə bağlı klinikada heç bir problem yoxdur: “Bildiyim qədəri ilə də iri tibb müəssisələrində də mövcud problem müşahidə olunmur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top