İlqar Məmmədov "Bakılılar günü"nə etiraz etdi

GÜNDƏM 01 iyl 2020, 17:56

ReAl Partiyanın sədri İlqar Məmmədov "Bakılılar günü"nün qeyd edilməsinə etiraz edib.

 

Pravda.az-ın xəbərinə görə, İ.Məmmədov deyib: "Bakı Azərbaycan şəhəridir. Dünya/Beynəlxalq Bakılılar Günü nədir axı? Yox bir, Интернациональный Баку. Bakının öz Şəhər Günü olsun, hamımız onu qeyd edək, vəssalam. Bakının seçilmiş bələdiyyəsi olanda bu mövzunu mütləq qaldırmaq lazımdır, çünki Şəhər Gününü məhz bələdiyyə təyin etsə yaxşıdır. Unutmayaq ki, Bakının Azərbaycan tərkibindən çıxarılaraq Rusiya tərkibinə keçirilməsi təşəbbüsləri Stalin ölənə qədər dövlət idarələrinin dəhlizlərində fırlanırdı..."


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top