Hadisə

2 yaşlı körpə yük maşınının altında qalaraq öldü

2 yaşlı körpə yük maşınının altında qalaraq öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xəzərkənd kəndində qeydə alınıb.

İlkin məlumata görə, "QAZel" markalı avtomobil hərəkətə gələn zaman yaxınlıqda olan 2 yaşlı Əkbər Həsənli avtomobilə tərəf qaçıb. Bu zaman 2 yaşlı körpə yük avtomobilinin təkərləri altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az