“İkinci mərhələdə koronavirusun öldürücü gücü daha da artacaq” — AÇIQLAMA

GÜNDƏM 21 iyn 2020, 19:04

Rusiyanın Dövlət Klinik Xəstəxanasının baş həkimi Alaksandr Myasnikov pandemiyanın gələcəyi ilə bağlı qorxunc proqnozla çıxış edib.

 

Demokrat.az-ın xəbərinə görə, proseslərin gedişatının yaxşı heç nə vəd etmədiyini bildirən baş həkim, yaxın gələcəkdə Rusiyada vəziyyətin daha da dramatikləşəcəyini bildirib. 


O, indiki pandemiyanı sadəcə “məşq” adlandırıb: “Koronavirusdan sonra bizi əsl dəhşətli bir epidemiya gözləyir. Bu pandemiya sadəcə bir məşqdir”.

 
Baş həkim qeyd edib ki, proseslərin ikinci mərhələsində koronavirusun öldürücü gücü daha da artacaq. Belə ki, ölüm dərəcəsi 30-35% -ə yüksələcək.
 

A.Myasnikov epidemiyanın yayılması baxımından ən təhlükəli yerin isə məhz xəstəxanalar olacağını vurğulayıb.

 
Xatırladaq ki, Rusiya pandemiyadan ən çox əziyyət çəkən ölkələr sırasındadır və bu ölkədə virusa yoluxanlaırn sayında ciddi artım müşahidə olunur.(Moderator.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top