Hadisə

“Semaşko”da 9 yaşlı uşaq cərrahiyyə əməliyyatından sonra öldü

“Semaşko”da 9 yaşlı uşaq cərrahiyyə əməliyyatından sonra öldü

Bakıda 9 yaşlı uşaq əməliyyatdan sonra xəstəxanada ölüb.

Demokrat.az-ın xəbərinə görə, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Emin Abdullayev kəskin appendisit diaqnozu ilə mayın 28-də xəstəxanaya daxil olub. O, cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Ötən gün göstərilən tibbi yardımlara baxmayaraq E. Abdullayev reanimasiya şöbəsində ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.(apa.az)

D
demokrat.az