Kriminal

Baş Prokurorluq Bakıda özünü yandıran kişi ilə bağlı MƏLUMAT YAYDI

Baş Prokurorluq Bakıda özünü yandıran kişi ilə bağlı MƏLUMAT YAYDI

Baş Prokurorluq Bakıda 35 yaşlı kişinin intihara cəhd etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, 1985-ci il təvəllüdlü Hüseyn Nuriyevin özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intihara cəhdin səbəbləri istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, KİV-də yayılan məlumata görə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Hüseyn Nuriyev üzərinə benzin tökərək özünü yandırıb. Yaxınlıqdakı şəxslər tərəfindən alov ram edilib və yaralı Yanıq Mərkəzinə yerləşdirilib.

D
demokrat.az