Gündəm

“Yeni parlamentdə fikir ayrılıqları çoxdur”

“Yeni parlamentdə fikir ayrılıqları çoxdur”

“Təyin olunmuş deputatlarımız niyə fərdlər uğrunda bir-birini tənqid atəşinə tutublar. Axı biz fərdlər yox, torpaq uğrunda mübarizə aparmalıyıq”.

Demokrat.az xəbər verir ki, bu sözləri Parlamentin dünənki iclasında millət vəkillərinin bir-birinə qarşı tənqidi fikirlər səsləndirməsi ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova deyib.

K.İsmayılova bildirib ki, parlamentdə çıxışlarında reallığı ortaya qoyan deputatlar tənqid edilməməlidir:

“Bu gün hər hansı yüksək ranqlı məmurun adı çəkilirsə, niyə qıcıq olmalıyıq? Həmin məmur tutduğu vəzifəyə ona görə təyin olunub ki, xalqa xidmət etsin. Layiqli xidmət edə bilməyənlərin o kürsünü zəbt etməyə haqqı yoxdur”.

MMP sədr müavini qeyd edib ki, yeni parlamentdə fikir ayrılıqları çoxdur:

“Torpaqları işğalda olan bir azərbaycanlı olaraq bizi maraqlandıran ən vacib məsələ Qarabağ problemidir. Bu ümummilli məsələdə deputatlar da həmrəy olmalıdırlar. Bilməlidirlər ki, müdafiə etdikləri məmurlar o kresloda əbədi qalmayacaqlar”.

K.İsmayılova hesab edir ki, bu gün parlamentdə haqq söz sahibini tənqid edənlər məhz xalq tərəfindən seçilməyənlərdir:

“Necə deyərlər, hazıra nazir olduqlarından xalqın problem ilə deyil, dəstəkləndikləri məmurların maraqlarından çıxış edirlər”.(versus.az)

D
demokrat.az