Rəqsanə: “Mənim 5-10 manatım var, bəs kasıb nə etsin?” — VİDEO

ŞOU-BİZNES 29 apr 2020, 18:54

Rusiyada koronavirusa yoluxan azərbaycanlıların sayı gündən-günə artır. 

 

Demokrat.az xəbər verir ki, bu haqda müğənni Rəqsanə İsmayılova “İnstagram”da canlı yayım açaraq məlumat verib. 


İfaçı Moskvada virusa yoluxan miqrantların xəstəxanalara qəbul edilmədiklərini bildirib: "Əzizlərim, çarəsiz vəziyyətdə qalmışam. Xəstələrimiz çoxdur, siz inanmırsınız, amma xəstələr çoxdur. Miqrantları xəstəxanalara qəbul etmirlər, onlar buranın vətəndaşı deyillər. Hamımız xəstəlikdən əziyyət çəkirik, mən özüm, ailəm xəstəyik, düzdür koronavirusa yoluxmamışıq, amma adamın canından xəstəlik çıxmır. Mənim 5-10 manat pulum var iynə, dərman edirəm, bəs bu imkansız insanlar nə etsin?”. 


Göz yaşlarına hakim ola bilməyən Rəqsanə insanlara heç kəsin kömək etmədiyi deyib: “Heç kim kömək etmir, yazıqlar ağlaşırlar. Həqiqətən millətimiz əziyyət çəkir. Öz dərdim yadımdan çıxıb, evdə uşaqlarım xəstədir. Burda bizim həmyerlilərimiz xəstəlikdən əziyyət çəkir, nə ərzaqlarına kömək edən var, nə xəstəliklərinə. İnsanlara sahib çıxan yoxdur. Ruslar hamısını çıxarıb evdən atırlar. Mən danışanda deyirlər Rəqsanə niyə belə deyir? Mən təkəm, o qədər gücüm, imkanım yoxdur. Əlimdən gələni edirəm. Bəs nə edək, qoyaq millətimiz qırılsın? Təcili yardım gedir yoxlayır, amma yardım etmirlər, iynə vurmurlar, camaata yaxın durmurlar. Mən üzümü tuturam, dövlət başçımıza, Mehriban xanıma, xahiş edirəm, bizə kömək etsinlər, xəstələri xəstəxanalara yerləşdirək”. 


Həmin görüntüləri təqdim edirik:(yenisabah.az)

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top