Dilarə Əliyeva: "Karantin vaxtı heç saçımı da daramaq istəmirəm" — VİDEO

ŞOU-BİZNES 16 apr 2020, 19:47

“Martın 14-dən evdəyəm. Heç eyvana da çıxmamışam. Qaydalara əməl edirəm”.


Demokrat.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva “Gəl, qonaq ol” proqramının virtual qonağı olarkən bildirib.


Məşhur aparıcı-aktrisa karantin rejiminə əməl etdiyini vurğulayıb: “Anlayanda ki, çıxış yolu yoxdur, situasiyaya uyğun hərəkət edirəm. Kitablar oxuyuram. Tərcümə etdiyim bir əsər var idi, yarımçıq qalmışdı. Onu tamamlamağa çalışıram. Kinolarım, seriallarım var. Onlara baxıb ağlayıram, sevinirəm. Gün ərzində iki saat idman edirəm.Evdə ən böyük əyləncə yeməkdir. Koronavirusdan “korona” olaraq çıxmaq istəmirəm”.


Sənətçi qeyd edib ki, bu günlərdə heç saçını belə daramaq istəmir: “Mənə elə gəlirdi ki, bir qadın özünə görə bəzənir. Karantin vaxtı özümü kəşf etdim ki, auditoriya yoxdursa, heç saçımı da daramaq istəmirəm. Xəbər gəldi ki, sizin efirə bağlanacam. Özümə əl qatmışam, saçımı da özüm rəngləmişəm, makiyaj da etmişəm”.(open.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top