"Bu konfransla birləşdirici nöqtə yenə də Bakı oldu" — Zahid Oruc

SİYASƏT 11 apr 2020, 23:01

“Azərbaycan Prezidentin cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu konfrans böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir. Hazırda sərhədlərin bağlanması fonunda iqtisadi əlaqələrin qorunub saxlanması, xüsusilə də tranzit xətləri vasitəsiylə yükdaşımaların həyata keçirilməsi, bütün bunların təhlükəsiz qaydada reallaşması qida və digər məhsulların təminatında əhəmiyyətli tol oynayır”.


Bu fikirləri Unikal.org-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc səsləndirib. O bildirib ki, koronavirus pandemiyasının doğurduğu fəsadları çox ciddidir və bütün dünyanı əhatə etməkdədir:


“1930-cu illərdə baş verən böyük iqtisadi depressiya, nə ikinci dünya müharibəsi bu dərəcədə mənfi iqtisadi, sosial, siyasi, mənəvi-psixoloji nəticələr doğurmayıb. Belə olan təqdirdə türk dünyasını toparlanması, əlaqələrini qoruyub saxlaması, bir siyasi vahid kimi çıxış etməsi olduqca əhəmiyyətli idi. Azərbaycan Prezidentinin təşəbbüskarlığı və iradəsi çox önəmli rol oynadı ki, bu konfrans baş tutsun. Hər bir dövlət bu saat öz daxili qayğılara, ən ucqardakı insanının problemlərinin həllinə indekslənib. Bir sıra regional və beynəlxalq məsələlər sanki ikinci yerə qoyulub. Amma İlham Əliyev özünün qlobal və beynəlxalq səviyyədə liderlik məharətini bir daha sübuta yetirir. Buna qədərki siyasətimizin nə qədər əsaslı olduğunu göstərir”.


Millət vəkili onu da qeyd edib ki, bəzi böyük dövlətlərin liderləri bu sınaqdan çıxa bilmədilər. Onun sözlərinə görə, Azərbaycan Prezident İlham Əliyev orataya iradə qoyaraq, türk dünyası arasındakı siyasi bağların, iqtisadi münasibətlərin nə dərəcə onlar üçün həyati əhəmiyyətə malik olduğunu sübuta yetirir: 


“Hesab edirəm ki, sayın Ərdoğan digər dövlətlərin rəhbərlərinin İlham Əliyevin ünvanıda dedikləri xoş sözlər də məhz, buna bağlı idi. Çünki bu konfransla türk dünyasında birləşdirici nöqtə yenə də Bakı oldu. Bu, virtual məkanda baş tutmuş toplantı olsa da, Azərbaycanın yenə də birləşdirici məkan olduğunu ortaya qoydu. Hesab edirəm ki, bu məqam yaddaşlarda qalacaq. Çünki böhran dövrünün liderliyi ayrı bir fenomendir. Biz bu konfrans vasitəsiylə İlham Əliyevin rəhbərliyi ilə türk dünyasının vahid bir operativ qərargahını gördük. Məncə, birgə addımlarla bu bəladan qurtulmaq baxımından mühüm bir konfransın şahidi olduq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top