Dünya

Tibbi maska satan şirkətdə silahlı insident — 4 nəfər güllələndi (FOTOLAR)

Tibbi maska satan şirkətdə silahlı insident — 4 nəfər güllələndi (FOTOLAR)

İstanbulun Beylikdüzü şəhərində tibbi maska satan şirkətdə silahlı insident olub.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, iş yerində maska satışı səbəbiylə yaranan mübahisə silahlı insidentə gətirib çıxarıb. Nəticədə biri qadın olmaqla 4 nəfər güllələnib.

Hadisə yerinə gələr polis və prokurorluq əməkdaşları silahlı insidentdə istifadə olunan iki tapança götürüb.

İnsident tibb məhsulları satışını həyata keçirən 4 nəfər arasında baş verib.

Demokrat.az

D
demokrat.az