Aslan İsmayılov: “Tofiq Zülfüqarov Əli Həsənovun muzdlu trollarına qoşulub” — VİDEO

SİYASƏT 06 mar 2020, 15:10

“Görünür keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov İctimai TV efirində Sumqayıt hadisələrinin müzakirəsi zamanı aramızda yaranmış fikir mübadiləsini hələ də sinirə bilmir. Verilişin təsirindən o qədər qəzəblənib ki, Əli Həsənovun muzdlu trollarına qoşulub şərhlərdə (“Facebook”da) mənim "etikadan kənar hücumumu" müzakirə edir”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

“30 ildir bütün müstəvilərdə Sumqayıtla bağlı danışdığma baxmayaraq hələ də kütləyə hesablanmış çıxışında utanmadan məni ittiham etdi ki, niyə bu günə qədər susubsunuz?! Ancaq öz səbrimə görə ona sərt cavab vermədim ki, Xarici İşlər naziri işləmiş birisinin bu sözləri deməsi, Sumqayıtda baş verənləri bilməməsi ən azından qeyri-ciddi olmaqdır. Qarabağ 30 ildir düşmən tapdağı altındadır, Xarici İşlər naziri işləmiş birisi isə Prezidentin Münhendəki bircə çıxışını Qarabağ məsələsində parlaq qələbə adlandırır. Təəssüf edirəm ki, belə səviyyə sahibi uzun illər ölkəmizi xarici ölkələrdə təmsil edib, hətta Xarici İşlər nazirimiz də olub. Səmimi deyim ki, bu verilişə qədər T.Zülfüqarov haqqında fərqli, dəqiq desəm müsbət fikirdə idim. Görünür yanılmışam. Həqiqət isə budur ki, bu günə qədər Xarici İşlər Nazirliyinin xaricdə gördüyü iş ancaq tütün, alkoqol məhsullarının və qara kürümüzün qaçaqmalçılığı, ziyafətlərdə, kef məclislərində yeyib-içmək olub. Əminəm ki, bunu ölkədə hamı, xüsusilə dövlət qurumlarında çalışanlar yaxşı bilir. Bu günə qədər, 30 il ərzində xarici siyasətdə, Qarabağ probleminin həllində gördükləri iş isə göz qabağındadır” – A.İsmayılov qeyd edib. (pravda.az)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top