Mədəaltı vəzi xərçəngindən əziyyət çəkən türkiyəli musiqiçi Soner Olqun 67 yaşında vəfat edib.
Demokrat.az xəbər verir ki, sənətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Olqun ötən ay yüksək hərarət səbəbindən reanimasiyaya yerləşdirilib. Daha sonra vəziyyəti yenidən pisləşən musiqiçi xəstəxanaya aparılıb və süni tənəffüs aparatına qoşulub.
O, "İyi bayramlar Türkiye" və "Sevda diye bir kuş" mahnıları ilə tanınıb.


