Məktəblərdə vahid geyim tələbi ilə bağlı Nazirlər Kabinetinin qərarından sonra xaricdən bir sıra təsir mexanizmləri işə salınıb. Xüsusilə də İrandan ölkəmizin daxili işlərinə müdaxilə cəhdi və radikal çağırışlar müşahidə olunur.
Bu məsələlərin arxa fonunda nə dayanır?
Demokrat.az bizim media-ya istinadən xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Asim Mollazadə bu oyunların arxasında tamamilə fərqli məqamlar dayanır:
"İlk növbədə, Azərbaycanı XIV əsrə sürükləmək istəyən qüvvələr bilməlidirlər ki, Azərbaycan hələ XX əsrdə bu problemlərin həllini tapıb, dünyəvi dövlət modelini yaradıb.
Azərbaycan həm də İslam dünyasının ilk dünyəvi dövləti olub. Ona görə də bu oyunların arxasında tamamilə fərqli məqamlar durur. Niyə həmin qüvvələr bir milyondan artıq şiə müsəlmanı didərgin salmış Ermənistanla hərbi müqavilə imzalayıb, Ermənistanı müsəlmanlarla müharibədə dəstəkləyib? Əsas məsələ də məhz bu sualdır".
Asim Mollazadə qeyd edib ki, bunun arxasında onların məkrli dövlət maraqları durur və təbii olaraq, Azərbaycan bu ideoloji mübarizənin qarşısını almağa qadirdir.


