ABŞ prezidenti Donald Tramp administrasiyanın Konqreslə əlaqələrinə məsul olan Ağ Evin Qanunvericiliklə Əlaqələr İdarəsinə rəhbər vəzifəsinə Keti Beylini təyin edib. O, bundan əvvəl bu idarədə rəhbər müavini və prezidentin xüsusi köməkçisi vəzifələrində çalışıb.
Demokrat.az xəbər verir ki, Prezident bu barədə Truth Social şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Kapitolidəki təcrübəsi sayəsində Keti icraedici və qanunverici hakimiyyətlərdə də səmərəli fəaliyyət göstərəcək.
Xatırladaq ki, Beyli rəhbər müavini kimi Senatla əlaqələrə cavabdeh olub və administrasiya üzvlərinin, o cümlədən daxili təhlükəsizlik naziri Markveyn Mallin və milli kəşfiyyat direktoru Cey Kleytonun vəzifələrə təsdiqlənməsi prosesində yaxından iştirak edib.
O, 2025-ci ilin sentyabrından 2026-cı ilin iyununadək prezidentin xüsusi köməkçisi olub, daha əvvəl isə Kapitolidə, o cümlədən İndiana ştatından olan respublikaçı senator Mayk Braunın qanunvericilik məsələləri üzrə direktoru vəzifəsində çalışıb.
Beyli bu postda avqust ayında vəzifəsindən ayrılacağını və özəl sektora keçəcəyini bəyan edən Ceyms Breydivi əvəz edib.


