"Qalatasaray"ın yay transfer dönəmində gündəminə aldığı "Kristal Pelas"ın futbolçusu İsmaila Sarrla bağlı yeni inkişaf baş verib.
Demokrat.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə klubunun futbolçu ilə yeni müqavilə danışıqlarını yaxından izləyir. Uyğun şərtlər yaranacağı təqdirdə "Qalatasaray" transfer üçün yenidən danışıqlar masasına oturmağa hazırlaşır.
"Kristal Pelas" 2029-cu ilədək müqaviləsi olan seneqallı hücumçunun hazırkı sözləşməsinin şərtlərini yaxşılaşdırmaq üçün onun nümayəndələri ilə danışıqlara başlayıb.
Tərəflər razılığa gələ bilməsə, İsmaila Sarrın klubdan ayrılmaq istəyini ifadə edə biləcəyi bildirilir.
Jalə


