"Yuventus"un türkiyəli futbolçusu Kenan Yıldız Avropanın nəhəng klublarının diqqətini cəlb edib. İtaliya klubunun gənc hücumçu üçün tələb etdiyi mümkün transfer məbləği də açıqlanıb.
Demokrat.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, **"Real Madrid", "Bayern Münhen" və "Arsenal"** 21 yaşlı futbolçunu transfer siyahılarına daxil edib. Klubların Kenan Yıldızın vəziyyətini yaxından izlədiyi bildirilir.
Kenan Yıldızın "Yuventus"la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. İtaliya təmsilçisinin isə futbolçunu asanlıqla buraxmaq niyyətində olmadığı və onun üçün **ən azı 100 milyon avro** transfer haqqı tələb etdiyi qeyd olunur.
Türkiyə millisinin üzvü hazırda zədə səbəbindən yaşıl meydanlardan uzaqdır. Keçirdiyi əməliyyatdan sonra reabilitasiya prosesini davam etdirən Yıldızın təxminən üç həftə sonra məşqlərə və oyunlara qayıtması gözlənilir.
Gənc futbolçu bu mövsüm "Yuventus"un heyətində cəmi bir matçda iştirak edib və həmin görüşdə 69 dəqiqə meydanda qalıb.
Buna baxmayaraq, Kenan Yıldızın əvvəlki çıxışları Avropanın aparıcı klublarının marağını qoruyub. "Yuventus" isə onun uzunmüddətli müqaviləsinə və gələcək planlarındakı roluna görə transfer məsələsində yüksək məbləğ tələb etməyə hazırlaşır.
Jalə


