İnfrastruktur

Ələtdə tikilən hava limanı bu tarixdə açılacaq

Ələtdə tikilən hava limanı bu tarixdə açılacaq

Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) inşa olunan beynəlxalq yük hava limanının 2027-ci ilin aprelində istifadəyə verilməsi planlaşdırılır.

Demokrat.az xəbər verir ki, bunu ƏAİZ İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.

Onun sözlərinə görə, hava limanının ilkin yükdaşıma gücü ildə 500 min ton olacaq. Bu göstəricinin mərhələli şəkildə 2 milyon tona çatdırılması nəzərdə tutulur.