"Fənərbağça"dan Rennə transfer olunan Sebastian Szimanskinin Fransadakı macərası uzun çəkməyə bilər. Polşalı yarımmüdafiəçi ilə bağlı İtaliya mətbuatında yeni transfer iddiası yayılıb.
Demokrat.az xəbər verir ki, 2023-2026-cı illərdə "Fənərbağça"nın formasını geyinən Sebastian Szimanski son dövrlərdə azarkeşlərin etirazlarının hədəfinə çevrilmişdi.
27 yaşlı futbolçu yanvar ayında 9,5 milyon avro qarşılığında Fransa Liqa 1 təmsilçisi "Renn"ə transfer olunub. Lakin onun Fransadakı karyerasının da uzun çəkməyəcəyi və futbolçunun qış transfer pəncərəsində klubunu dəyişə biləcəyi bildirilir.
İtaliya mətbuatının məlumatına görə, Szymanski ilə "Napoli" maraqlanır. İtaliya klubu qış transfer dönəmində polşalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
"Renn"in mümkün satış zamanı futbolçu üçün təxminən 20 milyon avro tələb edəcəyi qeyd olunur. Szimanski Fransa klubunda bütün turnirlər üzrə 22 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Jalə


