Hava

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında bu gün hava əsasən yağmursuz keçəcək. Axşam bəzi ərazilərdə qısamüddətli yağış ehtimalı var.

Demokrat.az xəbər verir ki, ölkənin şimal və qərb rayonlarında isə arabir yağış, bəzi yerlərdə leysan, şimşək və dolu gözlənilir.

Bakıda havanın temperaturu gecə 16-19° isti, gündüz 23-26° isti olacaq.

Bölgələrdə havanın temperaturu gecə 15-18° isti, gündüz 24-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-21° isti olacaq.