İdman

"Qalatasaray" Osimhenin əvəzləyicisini tapdı - 22 milyon avro

Qalatasaray Osimhenin əvəzləyicisini tapdı - 22 milyon avro

"Qalatasaray" ara transfer dönəmi öncəsi hücum xəttini gücləndirmək üçün daha əvvəl də gündəminə aldığı ulduz futbolçunun transferi üzərində yenidən çalışmağa başlayıb.

Demokrat.az xəbər verir ki, İstanbul təmsilçisi Viktor Osimhena alternativ kimi düşündüyü hücumçu üçün yanvar ayında transfer təmaslarına başlamağa hazırlaşır.

"Qalatasaray" ara transfer dönəmi öncəsi hücum xətti üçün yenidən Ermedin Demiroviçin transferinə yönəlib. Bildirilir ki, İstanbul klubunun yay transfer dönəmində də siyahısında olan "Ştutqart"ın 28 yaşlı bosniya və herseqovinalı hücumçusu ilə yanvar ayında təmas qurmağa hazırlaşır.

"Qalatasaray" rəhbərliyi Viktor Osimhenə güclü alternativ gətirmək istəyir və 2024-cü ildən "Ştutqart"ın formasını geyinən Demiroviçi yaxından izləyir. Almaniya klubu ilə 2028-ci ilin iyununa qədər müqaviləsi olan təcrübəli hücumçunun bazar dəyəri 22 milyon avro göstərilir.

Demiroviç 2026-27 mövsümünə də təsirli başlayıb. Bosniyalı futbolçu "Ştutqart"ın heyətində keçirdiyi 6 rəsmi matçda 4 qol vurub. O, xüsusilə Çempionlar Liqasında "Vikinq FK" ilə qarşılaşmada het-trik etməsi ilə diqqət çəkib.

Ümumilikdə 268 dəqiqə meydanda qalan 28 yaşlı hücumçunun fiziki gücü, cərimə meydançasındakı effektivliyi və qol imkanlarını reallaşdırma bacarığı ilə məşqçilər korpusunun axtardığı profilə uyğun olduğu bildirilib.

Demiroviç Bosniya və Herseqovina millisində indiyədək 44 oyun keçirib və 4 qol vurub.

Futbolçunun Çempionlar Liqası səviyyəsində çıxış edən kluba keçməyə müsbət yanaşdığı bildirilir. Eyni zamanda, "Lids Yunayted"in də onun transferi üçün mübarizəyə qoşulduğu iddia edilir.

"Qalatasaray" isə uyğun şərtlər formalaşacağı təqdirdə yanvar ayında danışıqlar masasına oturmağı hədəfləyir.

Jalə