Gündəm

Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye

Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye

Prezident İlham Əliyevin Sərəncamı ilə Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

O Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub.

H. Babayev əmək fəaliyyətinə 2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində başlayıb, 2022-ci il tarixinədək həmin şöbənin baş məsləhətçisi vəzifəsində çalışıb.

Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 2022-ci il tarixli Sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.

Hacıbaba Babayev 2022-ci ildən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin müavini vəzifəsində çalışıb.

Prezidentin Sərəncamı ilə 2017-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.(qafqazinfo.az)

NE
Nihadə Eyyubova