İdman

Misli Premyer Liqası: "Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı

Misli Premyer Liqası: Turan Tovuz Zirəyə, Sabah İmişliyə qarşı

Misli Premyer Liqasında VI turun oyunları keçiriləcək.

Demokrat.az xəbər verir ki, turun ilk qarşılaşmasında "Turan Tovuz" doğma meydanda "Zirə"ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 17:30-da başlayacaq.

Günün digər oyununda "Sabah" "İmişli" ilə üz-üzə gələcək. "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 19:45-də start götürəcək.

Misli Premyer Liqası

VI tur

19 sentyabr

17:30. "Turan Tovuz" - "Zirə";

19:45. "Sabah" - "İmişli".

Demokrat.az

D
demokrat.az