Gündəm

TƏBİB diktor Sevda Məmmədzadənin ölümü barədə məlumat yaydı

TƏBİB diktor Sevda Məmmədzadənin ölümü barədə məlumat yaydı

TƏBİB diktor Sevda Məmmədzadənin ölümü barədə məlumat yayıb.

TƏBİB-dən bildirilib ki, Nizami Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1931-ci il təvəllüdlü şəxsin (qadın) aparılan uzunmüddətli reanimasiya tədbirlərinə baxmayaraq, 18.09.2026-cı il tarixində saat 20:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Sevda Məmmədzadə sentyabrin 2-si gecə ağır vəziyyətdə Nizami Tibb Mərkəzinin Reanimasiya şöbəsinə hospitalizasiya olunub.

Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olmuşdu.(bizim.media)

Demokrat.az

D
demokrat.az