Səhər saatlarında İstanbulun Atatürk hava limanından havaya qalxan iş adamı Hamdi Akına məxsus, TC-AKF qeydiyyat nömrəli şəxsi təyyarə Liviyada eniş zamanı uçuş-enmə zolağından çıxaraq alovlanıb.
Demokrat.az xəbər verir ki, Liviya mediasında yayılan xəbərlərdə Mistrata Beynəlxalq Hava Limanında şəxsi təyyarənin eniş zamanı uçuş-enmə zolağından çıxdığı bildirilib.
Qəza nəticəsində təyyarədə yanğın baş verdiyi və hava limanında uçuşların dayandırıldığı qeyd olunub.
Təyyarənin ekipaj üzvlərinin və sərnişinlərin vəziyyəti barədə məlumat verilməyib. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Jalə Demokrat.az


