"Trabzonspor"da baş məşqçi axtarışları "Konyaspor" məğlubiyyətindən sonra sürətlənib.
Demokrat.az xəbər verir ki, Fransa mətbuatı Trabzon təmsilçisinin Loran Blanla maraqlandığını irəli sürsə də, rəhbərliyin əsas hədəfi üzə çıxıb. "Beşiktaş"dan sonra "Trabzonspor"un da italiyalı baş məşqçi gətirəcəyi bildirilir. Rəhbərlik təcrübəli çalışdırıcı ilə ilkin əlaqə yaradıb.
"Trabzonspor"da baş məşqçi məsələsi ilə bağlı artıq kritik günlərə daxil olunub. "Gənclərbirliyi" üzərində 5:0 hesablı qələbədən sonra Hüseyn Cimşirin rəhbərliyi ilə "Konyaspor" səfərinə çıxan, lakin meydanı məğlubiyyətlə tərk edən Trabzon təmsilçisinin baş məşqçi axtarışları çərçivəsində təmaslarını intensivləşdirib.
Rəhbərlik komandanı həm Super Liqada, həm də uzunmüddətli hədəflər baxımından daha yüksək səviyyəyə daşıya biləcək yüksək səviyyəli əcnəbi baş məşqçiyə həvalə etmək istəyir.
"Trabzonspor"un əsas hədəfinin Stefano Pioli olduğu üzə çıxıb. "Milan"la A Seriyasında çempionluq qazanan təcrübəli italiyalı mütəxəssisi siyahının ilk sıralarına yerləşdirən rəhbərliyin Piolinin nümayəndəsi ilə görüş keçirdiyi bildirilir.
İlkin təmas zamanı şərtlər və layihənin əsas istiqamətləri barədə müzakirələr aparıldığı qeyd olunur. Rəhbərlik prosesi sürətləndirmək istəyir. "Trabzonspor" tərəfi "Qalatasaray"la oyuna qədər baş məşqçi məsələsini dəqiqləşdirməyi hədəfləyir. Bu səbəbdən Trabzon təmsilçisinin qarşıdakı günlərdə intensiv danışıqlar aparacağı gözlənilir.
"Trabzonspor"un yerli baş məşqçi namizədlərindən biri də Burak Yılmazdır. Bordo-Mavili forma ilə mühüm uğurlara imza atan gənc mütəxəssis rəhbərliyin alternativləri arasında yer alır.
Qara dəniz təmsilçisi prioritetini təcrübəli əcnəbi məşqçilərə verib. Bu danışıqlardan istənilən nəticə əldə olunmasa, Yılmaz variantı da ciddi şəkildə nəzərdən keçiriləcək. Rəhbərliyin yaxın müddətdə fəaliyyət planını dəqiqləşdirməsi gözlənilir.
Əcnəbi baş məşqçilərlə aparılan danışıqlardan gözlənilən nəticə əldə olunmasa, yerli namizədlər arasında Şenol Günəş ön plana çıxır. Bordo-Mavili klubu və şəhəri çox yaxşı tanıyan təcrübəli çalışdırıcının adı rəhbərliyin müzakirə masasındadır.
Prezident Ərtuğrul Doğan və komandasının əcnəbi namizədlərlə təmaslarından nəticə əldə edə bilməməsi halında Günəşlə görüşərək şərtləri müzakirə edəcəyi gözlənilir.
Jalə Demokrat.az


