İdman Özəl

Mbappe: "Messidən fərqliyəm, 100 yaşıma qədər oynaya bilərəm"

Mbappe: Messidən fərqliyəm, 100 yaşıma qədər oynaya bilərəm

“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe özünü “Barselona” və Argentina millisinin əfsanəsi Lionel Messi ilə müqayisə etməsi barədə danışıb.

Demokrat.az xəbər verir ki, Fransanın “L'Equipe” qəzetinə verdiyi müsahibədə Mbappedən Lionel Messi kimi 39 yaşında oynamağı xəyal edib-etmədiyi soruşulub. O, belə cavab verib: “Lazım gələrsə, özümü 100 yaşına qədər oynayan biri kimi görürəm! (gülür).”

O əlavə edib: “Eyni keyfiyyətdə ola bilərəmmi? Bu, zəka məsələsidir: artıq davam edə bilməyəcəyin anı bilmək. Messi bu sualı özünə vermək məcburiyyətində qalmadı, çünki hələ də bunu bacarır. Bundan sonrası isə Lionel Messidir, Lionel Messi. Mən isə özümü fərqli oyunçu kimi görürəm. Amma o da həmin fərqli oyunçulardan biridir.”

“Real Madrid”in baş məşqçisi Joze Mourinyodan nə gözlədiyi barədə danışan Mbappe deyib: “Sadəcə məni meydana buraxmasını. (gülür). Qalan məsələlərə uyğunlaşa biləcəyimi düşünürəm. Xüsusi gözləntim yoxdur. Onun özün olması tamamilə kifayətdir.”

Mbappedən karyerasını Çempionlar Liqasını və ya “Qızıl top”u qazanmadan başa vurmağı təsəvvür edib-etmədiyi də soruşulub. O, belə cavab verib:

“Bəli. Qazanmaq meydanda baş verir. “Qızıl top” isə eyni zamanda səsvermədən də asılıdır. Amma 10 il sonra nələrin olacağına baxmazdan əvvəl, hazırda nələrin baş verdiyinə nəzər salmaq lazımdır. Bu il “Qızıl top”u qazanmaq üçün böyük şansım var.”

Jalə Demokrat.az

D
demokrat.az