Astroloqlar bəzi doğum aylarının insanlara xüsusi xarizma, özünəinam və cəlbedicilik bəxş etdiyini iddia edirlər. Onların fikrincə, bu aylarda doğulanlar fərqli şəxsiyyətləri ilə diqqət çəkə və ətrafdakı insanların marağına səbəb ola bilərlər.
Demokrat.az "Parade"yə istinadən xəbər verir ki, güclü cazibə qüvvəsi olan 4 doğum ayı açıqlanıb. Siyahıya oktyabr, iyul, may və noyabr daxildir.
Oktyabrda doğulanlar astroloji yanaşmaya görə, Tərəzi və Əqrəb bürclərinin xüsusiyyətlərini özündə birləşdirirlər. Tərəzinin zərifliyi və Əqrəbin ehtirası onların cəlbediciliyinin əsas səbəbləri kimi göstərilir. Bu insanların xarici görünüşlə yanaşı, fərdi xüsusiyyətləri və davranışları ilə də yadda qaldıqları iddia olunur.
İyul ayında dünyaya gələnlər emosional dərinlik və özünəinamın vəhdəti ilə fərqlənə bilərlər. Astroloqlar bu dövrü Xərçəng və Şir bürcləri ilə əlaqələndirirlər. Onların fikrincə, iyulda doğulan insanlar qarşı tərəfin əhvalını yaxşı hiss edir, emosiyaları düzgün qiymətləndirir və ünsiyyət zamanı özlərini inamlı aparırlar.
May ayında doğulanların əsas üstünlüyünün yalnız xarici görünüş deyil, həm də zəka və ünsiyyət bacarığı olduğu bildirilir. Bu ay Buğa və Əkizlər bürcləri ilə əlaqələndirilir. Astroloji şərhə əsasən, belə insanlar sakit təbiətləri, hazırcavablıqları və maraqlı söhbət aparmaq qabiliyyətləri ilə diqqət çəkirlər.
Noyabrda doğulanlar isə daha sirli və güclü xarizmaya malik insanlar kimi təqdim olunur. Əqrəb və Oxatan bürclərinin təsiri ilə əlaqələndirilən bu şəxslərin ehtiraslı, enerjili, açıq fikirli və həyatsevər olduqları iddia edilir. Onların həm müəmmalı, həm də səmimi davranışları ətrafdakıların marağına səbəb ola bilər.
Jalə Demokrat.az


