Ötən il Los-Ancelesdə baş verən böyük meşə yanğını zamanı milyonlarla dollar dəyərindəki villalarını itirənKenan Doğulu və Beren Saatyeni həyatları üçün istiqamətlərini yenidən müəyyənləşdiriblər.
Sığorta ödənişini aldıqdan sonra yanan villanı yenidən tikdirməkdən vaz keçən cütlük Hollivudda yeni ev axtarışına başlayıb. Cütlüyün baxdığı lüks villaların qiymətlərinin isə3 milyon dollardan başladığıbildirilir.
Kenan Doğulu və Beren Saatın Malibudakı sahil villası 2025-ci ilin yanvarında Los-Ancelesdə baş verən böyük yanğın zamanı külə dönmüşdü. Təxminən2,5 milyon dollar dəyərində olan evlə yanaşı, Kenan Doğulunun studiyası, şəxsi səsyazmaları, 15 gitarası, Beren Saatın gəlinliyi və çoxsaylı sənət əsərləri də məhv olmuşdu.
Yanğında evlərini və qiymətli əşyalarını itirdilər
Los-Ancelesdə baş verən böyük yanğın Kenan Doğulu və Beren Saatın Malibu sahilindəki villasına da ciddi ziyan vurub. Təxminən2,5 milyon dollar dəyərindəki ev tamamilə yanıb. Cütlüyün illər ərzində topladığı çoxsaylı qiymətli əşyalar da yanğın nəticəsində yararsız vəziyyətə düşüb. Kenan Doğulunun təxminən1 milyon dollar dəyərindəki studiyası, şəxsi səsyazmaları və dünyanın məşhur hərraclarından topladığı15 gitarasıyanğında məhv olub. Beren Saatın gəlinliyi ilə yanaşı, təxminən50 heykəl və rəsm əsəridə itirilən əşyalar arasında yer alıb.
Sığorta ödənişini aldılar
Yanğından sonra başlayan sığorta prosesi başa çatıb və cütlük evləri ilə bağlı sığorta ödənişini alıb. Lakin bundan sonra Kenan Doğulu və Beren Saat yeni qərar verib.
Külə dönən villanı yenidən tikdirməyəcəklər
Müge Dağıstanlının xəbərinə görə, cütlük yanan villanın yerləşdiyi ərazidə yeni ev tikdirməkdən vaz keçib. Bunun əvəzinə başqa bölgədən yeni villa almağa qərar verən Doğulu və Saat ev axtarışlarınıHollivudayönəldib.
3 milyon dollardan başlayan villalara baxırlar
Dünyaca məşhur şəxslərin yaşadığı Hollivudda ev axtarışına çıxan cütlüyünqiyməti 3 milyon dollardan başlayan lüks villalarabaxdığı bildirilib. Kenan Doğulu və Beren Saatın bəyəndikləri evlə bağlı qərar verdikdən sonra alış prosesinə başlayacağı qeyd olunub.
Leyla Demokrat.az


