Kərki də digəranklavlarkimiErmənistanın beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat km ərazisinə daxilolmayıb.
Ermənistan mediasının xəbərinə görə, bu barədə bu gün Baş nazir Nikol Paşinyan brifinqdə bildirib.
Paşinyan müxalifətinKərki kəndinin “təhvil verilməsininyolverilməzliyi”ilə bağlı açıqlamalarını şərh edərək,bu məsələ ilə bağlı daha əvvəl səsləndirdiyi fikirləri təkrarlayıb.
Onunsözlərinə görə,“biz buna icazə verməyəcəyik”deyənlər müharibəni qızışdırırlar.
Baş nazir faktı qeydə almağınbir, onu yerində həll etməyinisə başqa birməsələolduğunu bildirib.
“Hazırda heç bir razılaşma yoxdur. Mənim əsas vəzifəm gərginliyi azaltmaqdır ki, normal həll yollarına nail olunsun. Amma kimsə Kərkinin Ermənistanda olduğunu deyirsə, bu, ərazinin 29.743 kvadrat km deyil, məsələn, 29.750 kvadrat km olduğunu deməkdir və bu, müharibə elan etmək deməkdir”, – Paşinyanvurğulayıb. (azpost.info)

