"Qalatasaray"dan ayrıldıqdan sonra heç bir komanda ilə razılığa gələ bilməyən Mauro İkardinin yeni ünvanı bəlli olur.
Denokrat.az xəbər verir ki, argentinalı jurnalist Naxuel Ferreyranın məlumatına görə, hücum xəttinin əsas futbolçularından Ayub Əl-Kəabinin zədələnməsindən sonra hücumçu axtarışına çıxan "Olimpiakos"un diqqəti Mauro İkardiyə yönəlib. Yunanıstan təmsilçisi klubsuz olan argentinalı ulduzun meneceri ilə rəsmi transfer danışıqlarına başlayıb.
Xəbərin təfərrüatlarında 33 yaşlı hücumçunun Yunanıstan klubundan ən azı ikiillik müqavilə tələb etdiyi və tərəflərin müqavilənin şərtləri ilə bağlı danışıqları davam etdirdiyi bildirilib.
Sarı-qırmızılı formanı 4 mövsüm geyinən Mauro İkardi "Qalatasaray" karyerasında keçirdiyi 137 rəsmi oyunda 77 qol vurub, 25 məhsuldar ötürmə edib və azarkeşlərin sevimlisinə çevrilib.
Jalə Denokrat.az


