Eduardo Kamavinqanın İspaniyanın “Real Madrid” klubundan Türkiyənin “Qalatasaray” komandasına keçə biləcəyi barədə məlumat yayılıb.
Demokrat.az xəbər verir ki, məlumata görə, “Qalatasaray” rəhbərliyi futbolçunun nümayəndəsi ilə görüşüb və onun mümkün keçidi ilə bağlı ilkin danışıqlar aparılıb.
Bununla belə, futbolçunun “Qalatasaray”a keçəcəyi hələ dəqiq deyil. Bildirilir ki, “Real Madrid”in baş məşqçisi Joze Murinyo Kamavinqanın komandadan ayrılmasına razı deyil.
Türkiyə mətbuatında yayılan xəbərlərə əsasən, “Qalatasaray” yanvar ayında futbolçunun keçidi üçün yenidən cəhd göstərə bilər.
Kamavinqanın gələcəyi ilə bağlı son qərarın “Real Madrid” rəhbərliyi və baş məşqçi tərəfindən veriləcəyi gözlənilir.

Jalə Demokrat.az


