iyarbəkir şəhərində yaşayan inşaat işçisi oğluna dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun adını verib.
Demokrat.az xəbər verir ki, “Hurriyet”in məlumatına görə, Kayapınar rayonunda təxminən 20 ildir inşaat sahəsində qəlib ustası işləyən Recep Karakaşın həyat yoldaşı Leyla ilə evliliyindən üç övladı var. Cütlüyün bir ay əvvəl dünyaya gələn oğluna isə ata Kriştiano Ronaldo adını verib.
Karakaş bildirib ki, futbolçuya olan heyranlığı uzun illərdir davam edir. Onun sözlərinə görə, ailəsi və yaxınları uşağa bu adın verilməsinə qarşı çıxsa da, fikrindən daşınmayıb.
O, Ronaldonun xeyriyyəçilik fəaliyyətini və xüsusilə Fələstinlə bağlı mövqeyini də bu qərarında əsas səbəblərdən biri kimi göstərib. Karakaş deyib ki, əgər gələcəkdə daha bir oğlan övladı dünyaya gəlsə, ona Ronaldonun atasının adı olan Joze Dinis Aveyro adını vermək istəyir.
“Ürəyim Ronaldo deyirsə, Ronaldo olacaq. Mən Ronaldodan vaz keçməyəcəyəm”, deyə ata vurğulayıb.
Karakaşın sözlərinə görə, övladları da portuqaliyalı futbolçunun böyük pərəstişkarıdır. Ailə Ronaldonun “Əl-Nəsr”dəki oyunlarını birlikdə izləyir. Atanın ən böyük arzusu isə futbolçudan imzalı forma almaq və onunla görüşməkdir.
Karakaş bildirib ki, oğlunun gələcəkdə Ronaldo kimi mərhəmətli, şəfqətli və ədalətli insan olmasını istəyir. Onun fikrincə, uşağının futbolçu olub-olmamasından daha vacibi Ronaldonun insanlara münasibətindəki müsbət xüsusiyyətləri özündə daşımasıdır.


Jalə Demokrat.az


