İdman Özəl

Okan Buruk qərar verdi: Osimhenin yerində kim oynayacaq?

Okan Buruk qərar verdi: Osimhenin yerində kim oynayacaq?

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasında həftə ərzində qarşılaşacaqları “Sportinq” matçı öncəsi qərarını verib.

Demokrat.az xəbər verir ki, “Qalatasaray”da Çempionlar Liqasında həftə ərzində keçiriləcək “Sportinq” qarşılaşması öncəsi bütün hesablamalar qələbə üzərində qurulub. Lakin Viktor Osimhen və Mario Lemina ilə bağlı gələn zədə xəbərləri məşqçilər korpusunun planlarını dəyişib.

Hər iki futbolçunun ən azı 3 həftə komandadan kənarda qalmasının gözlənildiyi bildirilir. Baş məşqçi Okan Buruk isə mövcud heyətdən maksimum fayda əldə etmək üçün məşqçilər korpusu ilə birlikdə hazırlıqları intensivləşdirib.

Təcrübəli mütəxəssisin hücum xəttindəki planı böyük ölçüdə dəqiqləşib. Osimhenin yoxluğunda hücumun mərkəzində Barış Alper Yılmazdan istifadə etməyi düşünən Okan Buruk sol cinahı Leroy Saneyə, sağ cinahı isə Yunus Akgünə həvalə etməyi planlaşdırır.

Beləliklə, “Qalatasaray”ın hücumdakı sürətinin və keçidlərdəki gücünün artırılması hədəflənir. Yarımmüdafiədə isə Leminanın yoxluğunu kompensasiya edəcək variant üzərində çalışmalar davam edir.

Okan Burukun son dövrlərdə performansı müzakirə olunan bəzi futbolçularla fərdi görüşlər keçirdiyi və onları “Sportinq” sınağına psixoloji baxımdan hazırlamağa çalışdığı öyrənilib.

Çempionlar Liqasına qələbə ilə başlamağı hədəfləyən “sarı-qırmızılılar”da məşqçilər korpusu hazırlıqları Kemerburqazda intensiv şəkildə davam etdirir. Buruk və komandası rotasiyanın daralmasına baxmayaraq, “Sportinq” qarşısına ən güclü 11-liklə çıxmağın yollarını axtarır.

Jalə Demokrat.az

D
demokrat.az