Ronaldo həyat yoldaşı zinət əşyaları ilə gündəmdə - FOTO
Dünyaca məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə ailə quran Georgina Rodrigez bu dəfə zinət əşyaları ilə gündəmə gəlib. 83-cü Venesiya Beynəlxalq Film Festivalının qırmızı xalısında görünən Rodrigez taxdığı zinət əşyaları ilə diqqət çəkib.
Demokrat.az xəbər verir ki, Georgina Rodrigez “Gucci” tərəfindən onun üçün xüsusi hazırlanmış mavi pencək və ətəkdən ibarət dəsti ilə diqqət çəkib. Argentinalı model görünüşünü qara “Gucci” ayaqqabıları, həmçinin “Chopard” imzalı brilyant boyunbağı, sırğa və üzüklərlə tamamlayıb.
Georgina Rodrigez və Kriştiano Ronaldo ötən ay 10 illik münasibətlərini nikahla rəsmiləşdiriblər.

Jalə Demokrat.az


