Avto Özəl

0 km aldığı Çin maşını başına oyun açdı — FOTOLAR

0 km aldığı Çin maşını başına oyun açdı — FOTOLAR

Türkiyənin Rize şəhərində yaşayan 32 yaşlı Hasan Gültepe 2024-cü ilin martında rəsmi dilerdən sıfır kilometr "Chery TIGGO 8 Pro" alıb. Təxminən iki il avtomobildən istifadə etdikdən sonra maşında müxtəlif problemlərin ortaya çıxdığını bildirən Gültepe onların aradan qaldırılması ilə bağlı servis və şirkətin baş ofisi ilə apardığı danışıqlardan nəticə ala bilmədiyini deyib.

Gültepenin sözlərinə görə, ilk problem avtomobilin kapotunda boya qatının qabarması və tökülməsi ilə bağlı olub. Servisdə aparılan yoxlama zamanı qüsur təsdiqlənib və problemin xarici təsirdən qaynaqlanmadığı müəyyən edilib. Kapot yenidən rənglənsə də, avtomobil sahibi bunun yaratdığı dəyər itkisinə görə kompensasiya ala bilmədiyini bildirib.

Bundan sonra avtomobilin lyuk hissəsindən su sızdığı məlum olub. Servisdə aparılan baxış zamanı lyukun rezin hissəsində boşluq aşkarlanıb və suyun da məhz buradan daxil olduğu müəyyənləşdirilib. Rezinin dəyişdirilməsindən sonra isə başqa problem üzə çıxıb.

0 km aldığı Çin maşını başına oyun açdı — FOTOLAR
0 km aldığı Çin maşını başına oyun açdı — FOTOLAR
0 km aldığı Çin maşını başına oyun açdı — FOTOLAR

Lyukun təmiri üçün avtomobilin tavan üzlüyü söküldükdə metal hissədə paslanma izləri aşkarlanıb. Gültepe bu problemin də servis tərəfindən qeydə alındığını və paslanmış sahələrə boya tətbiq edildiyini deyib.

Avtomobil sahibinin iddiasına əsasən, təxminən 50 min kilometr yol qət etmiş avtomobilin baqaj hissəsinin döşəməsində də paslanmış sahələr müəyyən edilib. Bu ərazilərə də servis tərəfindən boya çəkildiyi bildirilib.

Gültepe sıfır avtomobildə qısa müddət ərzində bir neçə problemin yaranmasının Chery markasına olan etimadını azaltdığını bildirib. O, avtomobilin dəyişdirilməsini tələb etsə də, iddiasına görə bu tələb qəbul edilməyib və problemlərin təmir yolu ilə aradan qaldırılması təklif olunub.

0 km aldığı Çin maşını başına oyun açdı — FOTOLAR
0 km aldığı Çin maşını başına oyun açdı — FOTOLAR
0 km aldığı Çin maşını başına oyun açdı — FOTOLAR
0 km aldığı Çin maşını başına oyun açdı — FOTOLAR

Bundan sonra Gültepe avtomobilin keçirdiyi təmir işləri səbəbindən ikinci əl bazarında dəyər itirəcəyini əsas gətirərək kompensasiya tələb edib. Onun sözlərinə görə, avtomobili satmaq istədiyi halda təxminən 400-500 min Türkiyə lirəsi və ya daha çox dəyər itkisi yarana bilər.

0 km aldığı Çin maşını başına oyun açdı — FOTOLAR

Avtomobil sahibi həmçinin şirkətin baş ofisi ilə əlaqə saxlamaqda çətinlik çəkdiyini iddia edib. Gültepe gün ərzində dəfələrlə zəng etdiyini, lakin geri dönüşlə bağlı vədlərin yerinə yetirilmədiyini bildirib. O, problemin ya avtomobilin yenisi ilə əvəzlənməsi, ya da yarandığını düşündüyü dəyər itkisinin qarşılanması ilə həll olunmasını istəyir.

Demokrat.az

D
demokrat.az