Sentyabrın 7-dən 8-i səhərədək Bakı və Abşeron yarımadasında, eləcə də Azərbaycanın bir sıra rayonlarında güclü külək əsəcəyi gözlənilir.
Demokrat.az-ın Milli Hidrometeorologiya Xidmətindən əldə etdiyi məlumata görə, hava şəraiti ilə əlaqədar bəzi ərazilər üçün narıncı, digərləri üçün isə sarı xəbərdarlıq elan olunub. Narıncı xəbərdarlıq verilən Bakı və Abşeron yarımadasında, həmçinin Ağstafa, Qazax, Tovuz, Şəmkir, Samux, Gəncə, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağdam, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Hacıqabul və Neftçalada şimal-qərb küləyinin sürətinin saniyədə 20,8-28,4 metrədək güclənəcəyi bildirilir.
Gədəbəy, Göygöl, Şərur, Sədərək, Quba, Salyan, Şirvan, Sabirabad, Saatlı, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Kürdəmir, Ağsu, Şamaxı, İsmayıllı, Zərdab, Ağdaş, Ağcabədi və Xocavənddə isə sarı xəbərdarlıq qüvvədə olacaq. Bu ərazilərdə şimal-qərb küləyinin sürətinin saniyədə 13,9-20,7 metr təşkil edəcəyi gözlənilir.


