Hava

Bakıya yağış yağacaq

Bakıya yağış yağacaq

Sentyabrın 6-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağması mümkündür.

Mülayim şimal-qərb küləyi səhər saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcək. Paytaxt və Abşeron yarımadasında gecə temperatur 20-23 dərəcə, gündüz isə 27-32 dərəcə isti olacaq. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 55-60 faiz təşkil edəcək. Atmosfer təzyiqinin 761 millimetr civə sütunu ətrafında olacağı bildirilir.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla belə, gecə və axşam bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi mümkündür.

Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Rayonlarda şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 12-17 dərəcə, gündüz isə 20-25 dərəcə isti proqnozlaşdırılır.

Demokrat.az

D
demokrat.az