“Sabah” Çempionlar Liqasının liqa mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
Demokrat.az offsideplus.az-a istinadla xəbər verir ki, Bakı klubu ev matçlarının keçirilməsi üçün UEFA-ya Bakı Olimpiya Stadionunu təqdim edib.
Bununla da “Sabah”ın liqa mərhələsində Bakıda keçirəcəyi 4 qarşılaşmanın hamısının BOS-da təşkil olunacağı gözlənilir.
Təmsilçimizin ev oyunlarının təqvimi belədir:
13 oktyabr – “Slaviya” (Praqa) 20 oktyabr – “Borussiya” (Dortmund) 25 noyabr – “Barselona” 20 yanvar – “Napoli”


