Maraqlı Özəl

Yeni həftənin 3 ən şanslı bürcü açıqlandı

Yeni həftənin 3 ən şanslı bürcü açıqlandı

7-13 sentyabr tarixlərini əhatə edən həftə bəzi bürclər üçün xüsusilə əlverişli keçəcək. Astroloji proqnoza görə, üç bürcün qarşısında yeni imkanlar açılacaq, həyatlarında mühüm dəyişikliklərə səbəb ola biləcək qərarlar gündəmə gələcək.

Astroloqların fikrincə, Oğlaq, Dolça və Balıqlar bu həftənin ən şanslı bürcləri sırasında olacaq.

Oğlaqlar üçün qarşıdakı günlər yeni və perspektivli mərhələnin başlanğıcı ola bilər. Qız bürcündə baş verəcək Yeni Ay həyatınıza təsir göstərə biləcək yeni bir işə və ya layihəyə başlamaq üçün imkan yarada bilər. Lakin uğurun öz-özünə gələcəyi gözlənilmir. Qarşınıza çıxan variantları diqqətlə qiymətləndirmək və fürsətləri vaxtında görmək vacib olacaq.

Seçdiyiniz istiqaməti yenidən nəzərdən keçirmək və onun sizi həqiqətən istədiyiniz nəticəyə aparıb-aparmadığını düşünmək faydalı ola bilər. İlkin planınıza müəyyən düzəlişlər etmək, hətta daha maraqlı təklif naminə alışdığınız yoldan imtina etmək lazım gələ bilər. Daha perspektivli imkan gördükdə qərarlarınızı dəyişməkdən çəkinməyin. Öz gücünüzə inam və ardıcıl hərəkət etdikcə istədiyiniz gələcəyə yaxınlaşa bilərsiniz.

Dolçalar üçün həftənin əsas mövzularından biri yeni tanışlıqlar, faydalı əlaqələr və gözlənilməz imkanlar olacaq. Merkurinin Tərəzi bürcünə keçməsi ünsiyyətin əhəmiyyətini artıracaq və gələcəkdə həyatınızda mühüm rol oynaya biləcək insanlarla əlaqə qurmağınıza şərait yarada bilər.

Buna görə də yeni tanışlıqlardan və ilk baxışda əhəmiyyətsiz görünən təkliflərdən imtina etməmək tövsiyə olunur. Qarşıdakı günlər həyatınızın növbəti mərhələsini planlaşdırmaq üçün əlverişli ola bilər. Yeni imkanlar həm iş və karyera, həm səyahət, təhsil, həm də şəxsi inkişafla bağlı ortaya çıxa bilər.

Dostlarınız və yaxınlarınızla söhbətlər də sizə fayda verə bilər. Kənardan verilən fikir əvvəllər diqqətinizdən yayınan məqamları görməyə kömək edə bilər. Bütün qərarları təkbaşına qəbul etmək məcburiyyətində deyilsiniz. Doğru insanların dəstəyi və faydalı əlaqələr sizi tamamilə yeni istiqamətə apara bilər.

Balıqlar üçün isə bu həftə öz istəkləri üzərində düşünmək və arzularına qoyduğu məhdudiyyətləri yenidən nəzərdən keçirmək dövrü olacaq. Veneranın Əqrəb bürcünə keçməsi daha dərin və əhəmiyyətli dəyişikliklərə marağı gücləndirə bilər.

Bu günlərdə həqiqətən nə istədiyinizi müəyyənləşdirmək vacib olacaq. Sadəcə məyusluq qorxusuna görə daha təhlükəsiz görünən variantı seçməkdənsə, şəxsi istəklərinizə və dəyərlərinizə uyğun hərəkət etmək daha doğru seçim sayıla bilər.

Astroloji proqnoza görə, qarşıdakı dövrdə səbirli olmaq da önəmlidir. Bu həftə başlanılan bəzi proseslərin nəticəsi dərhal görünməyə bilər. Onların ilin sonuna doğru daha nəzərəçarpan nəticələr verməsi mümkündür.

Astroloqlar Balıqlara özlərini dinləməyi, inanclarına uyğun hərəkət etməyi və həyatlarına yenidən daxil ola biləcək insan və hadisələrə açıq olmağı tövsiyə edirlər. Qarşıdakı dövrdə əvvəllər heç düşünmədiyiniz bir seçim də qarşınıza çıxa bilər.

Demokrat.az

D
demokrat.az