İdman

Fənərbağça-Lion matçından sonra UEFA qərarını açıqladı — Gündüzinin cəzası ağır oldu

Fənərbağça-Lion matçından sonra UEFA qərarını açıqladı — Gündüzinin cəzası ağır oldu

UEFA “Fənərbağça” ilə “Lion” arasında keçirilən Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra baş verən hadisələrlə bağlı intizam qərarlarını açıqlayıb.

Qurum “Fənərbağça”nın futbolçuları Matteo Gündüzi və Meyson Qrinvuda qarşı tətbiq edilən sanksiyaları rəsmiləşdirib. Qərara əsasən, Gündüzi ümumilikdə 4 oyunluq diskvalifikasiya və 50 min avro məbləğində cərimə ilə cəzalandırılıb. Dörd oyunluq cəzanın ikisi bir il sınaq müddəti olmaqla şərti xarakter daşıyır.

Fransalı yarımmüdafiəçinin “Lion” azarkeşlərini təxribata çəkməsi və qarşılaşmadan sonra baş verən insidentlərdəki davranışı cəzanın səbəbləri arasında göstərilib.

Meyson Qrinvuda isə 30 min avro cərimə və bir oyunluq şərti diskvalifikasiya tətbiq olunub. Onun cəzası da bir il sınaq müddəti ilə şərtləndirilib.

UEFA həmçinin hadisələrlə bağlı “Fənərbağça” klubuna da ümumilikdə 95 min avro məbləğində müxtəlif cərimələr tətbiq edib. “Lion” və onun heyətindən olan şəxslərlə bağlı da intizam tədbirləri görülüb.

Qeyd edək ki, “Fənərbağça” “Lion”u iki oyunun nəticəsinə görə 3:2 hesabı ilə məğlub edərək Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

Demokrat.az

D
demokrat.az