Şou-biznes Özəl

Ad gününə 5 gün qalmış vəfat etdi

Ad gününə 5 gün qalmış vəfat etdi

“Yolka” filmi ilə tanınan aktyor Pavel Melençuk dünyasını dəyişib.

Aktyorun ölüm xəbəri Rusiya mediasında yayılıb.

Melençukun ölüm səbəbi hələlik açıqlanmayıb. Yaxınlarının jurnalistlərə verdiyi məlumata görə, aktyor avqustun 31-də vəfat edib. O, sentyabrın 5-də 32 yaşını qeyd etməli idi.

Pavel Melençuk məşhur Yeni il filmi “Yolka”da uşaq evinin sakini Yura obrazını canlandırıb. Onun obrazı filmdə Kлава və Varya adlı qəhrəmanların diqqət uğrunda mübarizə apardığı oğlan kimi yadda qalıb.

Aktyorun vaxtsız ölümü ilə bağlı ətraflı məlumat, o cümlədən ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, avqustun 29-da “Ayın o biri üzü” serialı və “Almaz ovçuları” filmindəki rolları ilə tanınan aktyor və kloun Sergey Maksimov da 81 yaşında vəfat edib.

Demokrat.az

D
demokrat.az