Jurnalist Oya Lalə Arslan "xalqı çaşdıran məlumatları açıq şəkildə yaymaq" və "terror təşkilatının təbliğatını aparmaq" ittihamları üzrə başlanmış istintaq çərçivəsində saxlanılıb.
Demokrat.az xəbər verir ki, Ankara Baş Prokurorluğu Oya Lalə Arslan barəsində sosial media və "YouTube" platformasında etdiyi yayımlar və paylaşımlarla əlaqədar araşdırmaya başlayıb.
Arslan "xalqı çaşdıran məlumatları açıq şəkildə yaymaq" və "terror təşkilatının təbliğatını aparmaq" ittihamları üzrə aparılan istintaq çərçivəsində saxlanılıb.
Jurnalistin yaşadığı ünvanda axtarış aparılıb və rəqəmsal materiallar müsadirə edilib.
Jalə Demokrat.az


