Super Liqada son 4 mövsümün çempionu olan "Qalatasaray" forma sponsorluqlarından əldə etdiyi gəlirlə diqqət çəkir.
Demokrat.az xəbər verir ki, sarı-qırmızılı klubun sponsorluq gəlirlərini 80 milyon avroya çatdırmağı hədəflədiyi bildirilib.
Son dövrlərdə forma sponsorluqlarından əldə etdiyi gəlirlə diqqət çəkən "Qalatasaray"ın maliyyə baxımından qazancını artırmağa davam etdiyi ortaya çıxıb.
Ardıcıl çempionluqlar "Cim-Bom"a olan marağı daha da artırarkən, sarı-qırmızılı klubun bu mövsüm forma sponsorluqlarından əldə etdiyi gəlirin 68 milyon avroya çatdığı məlum olub. Ötən ilin eyni dövründə forma sponsorluqlarından 54 milyon avro gəlir əldə edildiyi bildirilir.
Bu artımın klub rəhbərliyini sevindirdiyi qeyd olunub.
Rəhbərliyin bu istiqamətdə fəaliyyətini davam etdirdiyi, son olaraq "Pasifik Holding" ilə Avropa və Super Liqa oyunlarında forma sinəsi sponsorluğu üçün 17,5 milyon avroluq müqavilə imzalandığı bildirilib.
Formanın hazırda yalnız arxa hissəsinin boş qaldığı və yeni sponsorluq müqavilələri hesabına illik forma sponsorluğu gəlirinin 80 milyon avroya çatdırılmasının planlaşdırıldığı öyrənilib.
Bu hədəfə nail olunacağı təqdirdə "Qalatasaray"ın forma sponsorluğu gəlirləri ötən illə müqayisədə 30 faiz artmış olacaq.
Jalə Demokrat.az


