Avto

Londonda sürücüsüz taksilər fəaliyyətə başladı

Londonda sürücüsüz taksilər fəaliyyətə başladı

Londonda sürücüsüz taksilər rəsmən yollara çıxıb. Sentyabrın 3-dən etibarən şəhər sakinləri ilk dəfə avtonom nəqliyyat vasitələrinin xidmətindən istifadə etməyə başlayıblar.

Məlumata görə, yerli texnologiya şirkəti nəzarət altında ilk sınaq gəzintilərinə start verib. Sifariş verən müştərilər "Wayve ride" xidmətindən tamamilə ödənişsiz faydalanırlar.

Yeni elektromobillər "Wayve AI driver" süni intellekt sistemi, çoxlu sayda sensor və 64 dil dəstəyi ilə təchiz olunub.

Böyük Britaniya paytaxtında robot-taksilərin fəaliyyətə başlaması avtonom avtomobil sənayesində böyük sıçrayış kimi dəyərləndirilir.

Demokrat.az

D
demokrat.az