İdman Özəl

Məhəmməd Salahın üçüncü övladı oldu — Elə ad qoydu ki...

Məhəmməd Salahın üçüncü övladı oldu — Elə ad qoydu ki...

"Trabzonspor"un misirli ulduzu Məhəmməd Salah üçüncü dəfə ata olub.

Demokrat.az xəbər verir ki, futbolçu həyat yoldaşının yanında olmaq üçün Türkiyədən İngiltərəyə gedib.

"Trabzonspor"la bağlı xəbərləri işıqlandıran "61saat" kanalına cümə axşamı səhər saatlarında açıqlama verən klub prezidenti Ərtuğrul Doğan bildirib:

"Amed"lə oyundan sonra Məhəmməd Salah və Andre Onana ilə birlikdə xaricə getdim. Hər ikisinin övladı dünyaya gəlib. Salahın oğlu, Onananın isə əkizləri olub. Onları, ailələrini və həyat yoldaşlarını təbrik edirəm".

Misir millisinin kapitanının bacısı Rabab Salah da xəbəri təsdiqləyərək yeni doğulan körpənin adını açıqlayıb. Rabab "Facebook" hesabında etdiyi paylaşımda Salahın yeni doğulan oğluna "Lil" adının verildiyini bildirib.

Jalə Demokrat.az

D
demokrat.az