"TikTok"da yayımladıqları videolarda ağır söyüş, təhqir və təhdidlərə yer verən Cansum Kaya və Sinan Kaya barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" ittihamı üzrə araşdırma başladılıb.
Demokrat.az xəbər verir ki, sosial media platformasında məzmun hazırlayan Cansum Kaya və Sinan Kaya yayımladıqları videolarda ağır söyüş, təhqir və təhdid xarakterli ifadələrdən istifadə ediblər.
Videoların yayılmasından sonra Ankara Baş Prokurorluğu hərəkətə keçib. Baş Prokurorluq Kaya cütlüyü barəsində araşdırma başladıldığını açıqlayıb.
Ankara Baş Prokurorluğunun açıqlamasında bildirilib:
"TikTok" adlı sosial media platformasında etdikləri paylaşımlarla əlaqədar Cansum Kaya və Sinan Kaya barəsində Türkiyə Cinayət Məcəlləsinin 216-cı maddəsi çərçivəsində 'xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama' cinayəti üzrə prokurorluq tərəfindən araşdırma başladılıb. Baş Prokurorluğumuzun göstərişi əsasında hər iki şübhəli saxlanılıb".
Beləliklə, iki şübhəli araşdırma çərçivəsində polis tərəfindən saxlanılıb.
Jalə Demokrat.az


