İdman Özəl

Klubsuz qalan İkardi indi nə edəcək? — Menecerindən açıqlama

Klubsuz qalan İkardi indi nə edəcək? — Menecerindən açıqlama

Mauro İkardinin “Qalatasaray”la müqaviləsinin başa çatmasının ardından karyerasını harada davam etdirəcəyi maraq doğurur.

Demokrat.az xəbər verir ki, İtaliyaya qayıdacağı ilə bağlı iddialar getdikcə güclənərkən, bu ölkədə transfer pəncərəsinin bağlanmasının ardından argentinalı hücumçunun hansı addımı atacağı sual doğurur. Futbolçunun meneceri mövzu ilə bağlı son dəqiqə açıqlaması verib.

2022-ci ildə icarə əsasında “Qalatasaray”a keçən, 2023-cü ildə isə İstanbul təmsilçisi ilə 3 illik müqavilə imzalayan Mauro İkardi müqaviləsinin başa çatmasının ardından komandadan ayrılıb.

Avropada transfer pəncərəsinin bağlanması ilə İkardinin seçim imkanları getdikcə məhdudlaşıb.

İkardinin gələcəyi maraq doğurduğu bir vaxtda argentinalı ulduzun meneceri Elio Pino italiyalı jurnalist Nikolo Şiraya açıqlama verib.

Pino yanvar ayında gündəmə gələn İkardi-“Yuventus” iddiaları ilə bağlı “Yanvar ayında İkardini "Yuventus"da görmək ehtimalı vardımı?” sualını cavablandırıb: "Bəli! Ottolini və Komolli ilə görüş keçirdik".

İkardinin gələcəyi ilə bağlı danışan menecer argentinalı futbolçu üçün pulun prioritet olmadığını vurğulayıb: “Mauro üçün pul prioritet deyil. O, yaxşı layihə axtarır. 2-3 il qala biləcəyi bir layihə istəyir".

Menecer “Latsio” ilə bağlı iddialara da münasibət bildirib: “Fürsət yarandı. Fabiani çox nəzakətli idi, lakin qarşılıqlı olaraq "bir az gözləyək" dedik və hazırda gözləmə mərhələsindəyik".

Jalə Demokrat.az

D
demokrat.az